reklam
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılır
Sportfm.az xəbər saytı

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılır


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. 

Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə Azərbaycan çempionu "Qarabağ" komandasının da mümkün rəqibi müəyyənləşəcək.

Püşkatmaya qatılacaq 47 klubdan 34-ü II təsnifat mərhələsinin cütləri, 13-ü isə mübarizəyə III raunddan qoşulanlardır.

Çempionlar yolunda öz rəqibini tanıyacaq "Qarabağ"ın əmsalı 10-cu olduğu üçün Azərbaycan və Gürcüstan çempionlarının yer aldığı cüt səpələnmişlər sırasındadır.

Mümkün rəqiblər sırasında Çexiya çempionu "Slaviya" və Rumıniyada bütün rəqiblərini qabaqlayan "Vitorul" da var.

Səpələnməmişlərlər siyahısında "Rusenborq", "Hafnarfyordur" kimi tanış, "Malmö", "Partizan" və "Astana"nın timsalında isə kollektivlər var.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşündə Gürcüstan təmsilçisi "Samtredia"nı 5:0 hesabı ilə məğlub edən Ağdam klubu rəqibini böyük ölçüdə mübarizədən kənarlaşdırıb. İyulun 18-də Tbilisidə baş tutacaq cavab qarşılaşmasında Samtredia şəhərinin eyni adlı təmsilçinin sürprizə imza atacağı inandırıcı görünmür.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

"Olimpiakos" (Yunanıstan)
"Linfild" (Şimali İrlandiya) - "Seltik" (Şotlandiya) cütünün qalibi
"Jilina" (Slovakiya) - "Kopenhagen" (Danimarka) cütünün qalibi
"Hibernians" (Malta) - "Zalsburq" (Avstriya) cütünün qalibi
"Jalgiris" (Litva) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi
BATE (Belarus) - "Alaşkert" (Ermənistan) cütünün qalibi
"Mariehamn" (Finlandiya) - "Legiya" (Polşa) cütünün qalibi
APOEL (Kipr) - "Dudelanj" (Lüksemburq) cütünün qalibi
"Zrinski" (Bosniya və Herseqovina) - "Maribor" (Sloveniya) cütünün qalibi
"Qarabağ" (Azərbaycan) -"Samtredia" (Gürcüstan) cütünün qalibi
Səpələnməmişlər
"Malmö" (İsveç) - "Vardar" (Makedoniya) cütünün qalibi
"Spartak" (Latviya) - "Astana" (Qazaxıstan) cütünün qalibi
"Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro) cütünün qalibi
"Riyeka" (Xorvatiya) - TNS (Uels) cütünün qalibi
"Dandalk" (İrlandiya) - "Rusenborq" (Norveç) cütünün qalibi
"Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi
"Hapoel" (Beyer Şeva, İsrail) - "Honved" (Macarıstan) cütünün qalibi
"Slaviya" (Çexiya)
"Hafnarfyordur" (İslandiya) - "Vikinqur" (Farer adaları) cütünün qalibi
"Vitorul" (Rumıniya)
Qeyri-çempionlar yolu
Səpələnmişlər
"Dinamo" (Kiyev, Ukrayna)
"Ayaks" (Hollandiya)
"Viktoriya" (Çexiya)
MOİK (Rusiya)
"Brügge" (Belçika)
Səpələnməmişlər
"Styaua" (Rumıniya)
"Yanq Boyz" (İsveçrə)
"Nitsa" (Fransa)
"Başakşehir" (Türkiyə)
AEK (Yunanıstan)

Oxşar xəbərlər

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atıldı
Pley-off mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
Çempionlar Liqası: "Qarabağ"ın mümkün rəqibi bilindi
"Qarabağ" yunanlarla qarşılaşa bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər