reklam
VIII tur Gəncədə başlayacaq -
Sportfm.az xəbər saytı

VIII tur Gəncədə başlayacaq -Yüksək Liqa


Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VIII turun oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, tur Gəncədə start götürəcək və Bakıdakı yekunlaşacaq.

Eyni sayda qələbəsi olan “Murov Az Terminal” ilə qərb təmsilçisi Nizami yurdunda üz-üzə gələcək. Növbəti iki matç paytaxtda keçiriləcək. Çempionatın lideri “Abşeron” ən yaxın izləyicisi “Milli Aviasiya Akademiyası”nı sınağa çəkəcək. Tura “Azərreyl”in autsayder UNEC-lə görüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, "Abşeron" 7 turdan sonra 20 xalla liderdir. “Milli Aviasiya Akademiyası” 15 xalla ikinci, "Gəncə" 10 xalla üçüncüdür. Dördüncü yerdəki "Azərreyl"lə, beşinci olan "Murov Az Terminal"ın 9 xalı var. Bütün matçlarda uduzan və sonuncu pillədə qərarlaşan UNEC isə xalsızdır.

Yüksək Liqa (qadınlar)
28 yanvar
VIII tur

15:00. “Gəncə” - “Murov Az Terminal”
Gəncə İdman Sarayı

16:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası”
GİN-in Voleybol Mərkəzi

18:00. “Azərreyl” - UNEC
GİN-in Voleybol Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan çempionatında III turun oyunları keçiriləcək
Yeni mövsüm start götürdü - FOTO
VIII turun son oyununun vaxtı müəyyənləşdi
Çempionatda ilin son oyunları keçirildi
“Azərreyl” rəhm etmədi - növbəti qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər