reklam
AFFA “İmişli”yə xəbərdarlıq etdi
Sportfm.az xəbər saytı

AFFA “İmişli”yə xəbərdarlıq etdi


AFFA Azərbaycan I Liqasında mübarizə aparan “İmişli” klubuna xəbərdarlıq edib.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna fevralın 13-də I Liqanın XIV turunda baş tutan “Qəbələ” ilə matçın 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriliməsi səbəb olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA bölgə təmsilçisinə xəbərdarlıqla kifayətlənib.

Sözügedən görüşün 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” isə 100 manat cərimələnib.

“Zaqatala” – “Difai” oyununda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə qonaqlar 70 manat cərimələnib.

Oxşar xəbərlər

“Turan Tovuz”a xəbərdarlıq edildi
AFFA "Zirə"yə xəbərdarlıq etdi
“Kəpəz”ə xəbərdarlıq edildi - Qərar
“İrəvan”a cəza üstünə cəza...
“Karvan”a xəbərdarlıq edildi - azarkeşlərə görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər