reklam
Bakıda növbəti idman turniri keçiriləcək
Sportfm.az xəbər saytı

Bakıda növbəti idman turniri keçiriləcək


İyulun 21-dən avqustun 4-dək Bakıda atıcılıq üzrə Avropa çempionatı və gələn il Buenos-Ayresdə keçiriləcək gənclərin Olimpiya Oyunlarının seçim turniri təşkil olunacaq. Turnir Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Sportfm.az xəbər verir ki, Bakı Atıcılıq Kompleksində təşkil ediləcək yarışda 43-dən artıq ölkədən minə yaxın idmançı, ümumilikdə isə 1500 iştirakçı, eləcə də rəsmi qonaqlar iştırak edəcək. Onlar arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri olacaqlar. Atıcılar yarışda 79 dəst medal uğrunda mübarizə aparacaqlar.

Yarışın rəsmi açılış mərasimi iyulun 22-də keçiriləcək. Beynəlxalq Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək yarış dünya çempionatından sonra ən mühüm turnirlər sırasındadır.

Oxşar xəbərlər

Dünya Kubokunun rəsmi posteri təqdim edildi
Stend atıcılığı üzrə Bakı kuboku keçiriləcək
Atıcılıq üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək
Dünya Kubokun yarışları Qəbələdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər