reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın baş məşqçisi nədən danışdı?


İyulun 17-də Azərbaycanın "Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Tbilisidəki Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransı keçirib.

Sportfm.az xəbər verir ki, Boris Payçadze adına stadionda Gürcüstanın "Samtredia” komandası ilə keçirəcəkləri oyun barədə sualları cavablandıran baş məşqçi bildirib ki, ilk oyunda çox qol vurmalarına baxmayaraq, sabahkı oyuna kifayət qədər ciddi hazırlaşıblar. O, komandasını çox çətin qarşılaşmanın gözlədiyini söyləyib: "Fikrimcə, bu görüş bir həftə əvvəlki ilə müqayisədə daha gərgin olacaq. "Samtredia” özünəxas xarakterə malikdir və məğlubiyyəti sevmir. Oyunçuları hər qoldan sonra daha aqressiv olurlar. Bu səbəbdən ötən 6 gün ərzində tam ciddi hazırlıq keçmişik. Yaxşı futbol oynamağa və azarkeşləri razı salmağa çalışacağıq. Rəqibə uğurlar arzulayıram”.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

"Samtredia"nın baş məşqçisi:" Oyunumuzdan razı deyiləm"
"Qarabağ" Gürcüstandan qələbə ilə qayıdır
“Qarabağ”ın səfər matçı canlı yayımlanacaq
"Qarabağ" - "Samtredia" matçının biletləri nə vaxt satışda olacaq?
"Samtredia" - "Qarabağ" matçının başlama saatı bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər