reklam
“Barselona” Yamalın müqaviləsini yeniləyəcək
Sportfm.az xəbər saytı

“Barselona” Yamalın müqaviləsini yeniləyəcək


İspaniyanın “Barselona” klubu futbolçusu Lamin Yamalın müqaviləsini yeniləyəcək.

Sportfm.az xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı cinah yarımmüdafiəçisi ilə 2030-cu ilə qədər qüvvədə olan sözləşmə imzalayacaq.

Mənbənin məlumatına görə, Yamalın agenti Jorje Mendeş “Barselona”nın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın paytaxtı Lissabonda qarşılaşacağı “Benfika” ilə oyun zamanı klubun prezidenti Joan Laporta və idman direktoru Deku ilə görüşməyi planlaşdırır.

“Benfika” - “Barselona” matçı martın 5-də keçiriləcək.

Qeyd edək ki, Lamin Yamal cari mövsüm ərzində meydana çıxdığı 33 oyunda 11 qol və 16 məhsuldar ötürmə müəllifi olub. Onun “Barselona” ilə hazırki müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Oxşar xəbərlər

“Barselona” Pedri ilə müqaviləni uzadacaq
Lamin Yamal UNİCEF-in səfiri oldu
Yamalın atasını bıçaqlayan şəxsə ağır cəza
Lamin Yamal Ginnesin Rekordlar Kitabında
41 yaşında Çempionlar Liqasında meydana çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər