reklam
Millimizin Avropa çempionatı üçün heyəti məlum oldu
Sportfm.az xəbər saytı

Millimizin Avropa çempionatı üçün heyəti məlum oldu


23 yaşadək güləşçilər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

Sportfm.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçiriləcək yarışda ölkəmizi 28 pəhləvan təmsil edəcək. Sərbəst və yunan-Roma güləşində 10, qadın güləşində 8 idmançımız mükafatlar üçün mübarizə aparacaq.

Sərbəst güləş yığmamızda Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseni Cioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Əbdülcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) yer alıb.

Yunan-Roma güləşində xalçaya Elmir Əliyev (55 kq), Hüseyn Qəribov (60 kq), Ziya Balaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Ayxan Mərdanov (130 kq) çıxacaqlar.

Qadın millimizin heyətinə Əsmər Canqurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova (55 kq), Gültəkin Şirinova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq), Ruzanna Məmmədova (65 kq) və Zöhrə Kərimzadə daxil edilib.

Qeyd edək ki, çempionat martın 8-14-də keçiriləcək.

Oxşar xəbərlər

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər - SİYAHI
Dünya Çempionatına bu güləşçilər gedəcək - SİYAHI
Hərbçilər arasında dünya çempionatında 26 güləşçimiz yarışacaq - SİYAHI
Millilərimizin heyəti açıqlandı - Avropa çempionatı
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər