reklam
Millimiz futbolçusu baş məşqçisiz qaldı
Sportfm.az xəbər saytı

Millimiz futbolçusu baş məşqçisiz qaldı


Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin yeni komandası olan Türkiyə "Çorum"unda baş məşqçi Serkan Özbalta istefa verib.

Sportfm.az xəbər verir ki, Özbalta ilə müqaviləyə xitam verilib.

Qeyd edək ki, Türkiyə I Liqasının XXVIII turunda “Çorum” öz meydanında Azərbaycan yığmasının daha bir futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor"a 0:2 hesabı ilə uduzub. Coşqun Diniyev ümumiyyətlə oynamayıb, İsgəndərli isə 82-ci dəqiqədən meydanda olub. Bu nəticədən sonra “Boluspor” turnir cədvəlində 41 xalla 7-ci, “Çorum” isə 39 xalla 10-cu sırada yer alıb.

Oxşar xəbərlər

Sonuncu dəqiqədə meydana çıxdı
Coşqun Diniyev ilk oyununda dubl etdi - VİDEO
Coşqun Diniyev “Çorum”da - RƏSMİ
Türkiyə kubokunun qrup mərhələsinin püşkü atıldı
Diniyevin komandası növbəti məğlubiyyətə üzüldü - Türkiyə 1-ci Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər