reklam
Azad Rəhimov Milli Gənclər Mərkəzində
Sportfm.az xəbər saytı

Azad Rəhimov Milli Gənclər Mərkəzində


Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Portuqaliyanın gənclər və idman üzrə dövlət katibi Joao Paulo Rebelonun dəvəti ilə bu ölkədə səfərdədir.

Sportfm.az xəbər verir ki, nazir Azad Rəhimovun portuqaliyalı həmkarı ilə görüşündə ölkəmizdə keçirilmiş birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula-1 yarışı, IV İslam Həmrəyliyi Oyunları kimi böyük idman tədbirlərinin təşkili sahəsində Azərbaycanın qazandığı təcrübə ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, perspektivlər üçün təkliflərin hazırlanması fikri irəli sürülüb.

Azad Rəhimov Avropa İttifaqına üzv ölkə kimi Portuqaliyada gənclər və idman sahələrində görülən işlərlə daha yaxından tanış olmaq məqsədilə bu ölkədə gənclər və idman sahələrinə məsul bir sıra rəsmi şəxslərlə görüşlər keçirib, idman arenaları, Milli Gənclər Mərkəzi və bir sıra məkanlara səfərlər edib.

Oxşar xəbərlər

Azad Rəhimovdan səhhəti ilə bağlı açıqlama - “Narahatlığa heç bir əsas yoxdur!”
Azad Rəhimov Parisdə - FOTO
Gənclər və İdman naziri Strasburqda işgüzar səfərdədir - FOTO
Azad Rəhimov bir qrup mütəxəssisi təltif etdi
Azərbaycan Avropa Şurasının idman konvensiyasına qoşuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər