reklam
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi –
Sportfm.az xəbər saytı

Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi –RƏSMİ


Aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının baş məşçqiləri açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Baş katib Cahangir Fərəcullayev aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib. 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. “Şamaxı”ının çalışdırıcısı ilə müqavilənin müddəti iki illik nəzərdə tutulub.

Adları aşağıda göstərilmiş məşqçilər isə müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təyin olunublar:

Elxan Abdullayev – Azərbaycan U-19

İlham Yadullayev – Azərbaycan U-18 (2008-ci il təvəllüd)

Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüd)

Onların hər biri ilə 2025-ci ilin sonuna kimi olan müqavilə imzalanıb.

Oxşar xəbərlər

Cüdo millilərinin məşqçi heyətində dəyişiklik edildi
AFFA milli komandaların məşqçiləri ilə yeni sözləşmə imzaladı
İcraiyyə Komitəsinin bugünkü qərarları
Ölkə futbolunda yeni era - Mühüm qərarlar
AFFA-da Məşqçilər Komitəsinin ilk görüşü keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər