reklam
Beş güləşçimiz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Beş güləşçimiz mübarizəyə başlayır -Avropa çempionatı


Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Nurəddin Novruzov (61 kq), Ağanəzər Novruzov (71 kq), Arseniy Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.

Orxan Abasov (79 kq) təsəlliverici görüş keçirəcək. İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) isə bürünc medal üçün güləşəcəklər.

Qeyd edək ki, Avropa çempionatı aprelin 13-də başa çatacaq.

Oxşar xəbərlər

Millilərimizin Avropa çempionatı üçün heyətləri
27 güləşçi ilə Avropa Çempionatına
Sərbəst güləşçilərimiz mübarizəyə başlayır
Hacı Əliyev mübarizəyə başlayır - Dünya çempionatı
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər