reklam
Cüdoçumuz bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

Cüdoçumuz bürünc medal qazandı -Avropa çempionatı


Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) bürünc medal uğrunda görüşə çıxıb.

Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa ipponla qalib gəlib.

Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.

Daha əvvəl isə Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışda mübarizəni dayandırıblar.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Oxşar xəbərlər

Azərbaycanlı cüdoçu üçün bürünc medal şansı - Avropa çempionatı
Beş cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Cüdoçumuz bürünc medal əldə etdi
Cüdoçularımız bürünc medal mübarizə aparacaq - Böyük Dəbilqə
Cüdoçumuz bürünc medal qazandı - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər