reklam
Sportfm.az xəbər saytı

"İyunun 21-i Bakıda olacağıq" -Dana Uayt


Bakıda keçiriləcək UFC turnirində azərbaycanlı Rafael Fiziyev də döyüşəcək.

Sportfm.az xəbər verir ki, bu barədə turnirin yaradıcısı və rəhbəri Dana Uayt sosial şəbəkə hesabında canlı yayımda deyib.

O, 32 yaşlı idmançının adını açıqlayıb: "Sizə hər yerə gedəcəyimizi demişdim. İyunun 21-i Bakıda olacağıq. Mənə inanmırdınız, ancaq indi inanın. Gecənin ikinci əsas döyüşü inanılmaz bir döyüşdür. 11-ci sıradakı Rafael Fiziyev və İqnasio Bahamondes üz-üzə gələcəklər. Rafael son olaraq Castin Qeyci ilə əla döyüş keçirmişdi. İndi isə o, doğma torpağında döyüşəcək. Fiziyev aktivindəki 12 qələbənin yarısını birinci raundda qazanıb. Onun hər döyüşü dəhşətdir".

Qeyd edək ki, UFC turniri Bakı Kristal Zalında keçiriləcək.

Oxşar xəbərlər

Fiziyev məğlub oldu - UFC-286
Fiziyevin döyüşünün vaxtı açıqlandı
İdmançımız Geycini duelə çağırdı
Fiziyev Azərbaycan bayrağı altında ilk qələbəsini qazandı - VİDEO
İdmançımız UFC-də 12-ci döyüşünü keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər