Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan Premyer Liqasında ikinci yerin sahibi məlum oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun açılış oyununda "Zirə" və "Turan Tovuz" komandaları üz-üzə gəlib.
Sportfm.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 48-ci dəqiqədə Salifu Suma vurub. Qvineyalı yarımmüdafiəçi aktivindəki qol sayını 12-yə çatdıraraq, bombardirlər siyahısında ikinci pillədəki yerini möhkəmlədib.
59-cu dəqiqədə isə "Zirə"nin kapitanı Qismət Alıyev rəqib futbolçu İsmayıl Zülfüqarlıya qarşı təhlükəli oyununa görə baş hakim Rəvan Həmzəzadə tərəfindən birbaşa qırmızı vərəqə alıb.
Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv azlıqda qalmasına baxmayaraq, hesabı sonadək qorumağı bacarıb.
Bununla da xalını 67-yə çatdıran "Zirə" gümüş medalı təmin edib. 54 xalla üçüncü yerdə gedən "Araz-Naxçıvan" bu tur "Sabah" üzərində qələbə qazansa belə, son 3 tur ərzində ikinci yeri ələ keçirə bilməyəcək.
"Turan Tovuz" isə 49 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun qalan oyunları 3-4 mayda keçiriləcək.

Oxşar xəbərlər
Tovuz təmsilçisi səfərdə məğlub oldu - Premyer Liqa
“Kəpəz” “Zirə”yə qarşı - Misli Premyer Liqası
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Araz-Naxçıvan”a qarşı
"Turan Tovuz" “Araz-Naxçıvan”a qalib gəldi - Misli Premyer Liqası
“Zirə” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Səbail”ə qarşı - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası