reklam
Baş məşqçi ilə yeni müqavilə imzalandı
Sportfm.az xəbər saytı

Baş məşqçi ilə yeni müqavilə imzalandı


Marko Rossi Macarıstan millisi ilə yeni müqavilə imzalayıb.

Sportfm.az xəbər verir ki, bu barədə ölkənin Futbol Assosiasiyasının rəsmi saytında məlumat yayılıb.

İtaliyalı mütəxəssisin 2030-cu ilin yayına qədər Macarıstan milli komandasını çalışdırması gözlənilir. Keçmişdə “Breşiya” və “Sampdoriya” kimi klublarda çıxış edən Rossi, “Sampdoriya” ilə İtaliya kubokunu qazanıb.

Futbolçu karyerasını bitirdikdən sonra vətənində tanınmamış komandalarla işləyən Rossi, daha sonra Macarıstana köçərək burada 5 il (kiçik bir fasilə ilə) “Honved” komandasına rəhbərlik edib. “Honved” onun dövründə 23 ildən sonra ilk çempionluğunu qazanıb.

Rossi 2018-ci ildən Macarıstan milli komandası ilə çalışır.

Bu il iyunun 10-da Azərbaycan və Macarıstan milliləri Bakıda üz-üzə gələcək.

Oxşar xəbərlər

“Roma”da yeni baş məşqçi - RƏSMİ
Daha bir əfsanəvi futbolçu yaşıl meydanları tərk etdi - FOTO
Marko Rossi: "Sabahkı oyunda ən yaxşı heyəti meydana buraxacam"
19 ildən sonra klubdan gedir
Daniele de Rossi "Roma"ya güzəşt etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər