reklam
Final oyununun biletləri satışda -
Sportfm.az xəbər saytı

Final oyununun biletləri satışda -Azərbaycan Kuboku


Azərbaycan kubokunun final oyununun biletləri satışa çıxarılıb.

Sportfm.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Mayın 31-də "Qarabağ" və "Sabah"ın üz-üzə gələcəyi həlledici qarşılaşmanın biletlərini bu gündən etibarən iTicket.az saytı və satış məntəqələrindən əldə etmək mümkündür.

Məlumatda o da qeyd olunub ki, azarkeşlər üçün görüşdən 1 saat əvvəl - saat 18:00-da "Darvish Band" qrupunun konsert proqramı təşkil olunacaq.

Biletlərin satış məntəqələri:

Gənclik Mall

28 Mall

Heydər Əliyev Sarayı

Köşk №1 (M. Rəsulzadə küç. 3, Bakı)

Köşk №2 (Bülbül prospekti və Nizami küçəsinin kəsişməsi, Bakı)

1, 2, 3, 4 saylı ASAN xidmət mərkəzləri və 1 saylı Sumqayıt ASAN xidmət mərkəzi.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd olunub ki, final görüşünün keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarından biletləri yalnız oyun günü əldə etmək mümkündür.

Bilet qiymətləri 3 , 5 , 10, 15, 20, 30 və 50 AZN ("VIP Lounge") təşkil edir.

Oxşar xəbərlər

Azərbaycan - Haiti oyununun biletləri satışda
"Sumqayıt" - "Zirə" oyununun biletləri satışda
Yığmamızın matçı 5 manata
Azərbaycan – İsveç matçının biletləri satışda - AÇ-2024
Azərbaycan - Avstriya oyununa biletlər satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər