Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avropa çempionatı öncəsi test oyunu keçirildi
Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda və Gürcüstanda qadın voleybol komandaları arasında Avropa çempionatının final oyunları keçiriləcək. Azərbaycanda oyunlar Bakı və Göygöl şəhərlərində olacaq.
Sportfm.az xəbər verir ki, iyulun 25-də Göygöldə Avropa çempionatının test - yoxlama oyunu keçirilib. Oyunun əsas məqsədi arenada hər hansı çatışmazlıq olduğu təqdirdə Avropa çempionatınadək onun aradan qaldırılmasıdır.
Göygöl Olimpiya İdman Kompleksində keçirilən test oyununda Avropa Voleybol Konfederasiyasının nümayəndələri oyun zamanı çelenc sisteminin işləməsini, işıqlandırmanı və s. yoxlayıblar.
Avropa çempionatı zamanı Göygöldə "D” qrupunun oyunları təşkil ediləcək. Bu qrupda Hollandiya, Belçika, Serbiya və Çexiya yığmaları yer alıblar.
Xatırladaq ki, on altı ölkənin iştirak edəcəyi çempionatın oyunları Bakı, Göygöl və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastika Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycanda voleybol üzrə Avropa çempionatına start verilir
Elnur Məmmədov daha bir plan hazırladı
Göygöldə "Live Your Goals" festivalı keçirilib - FOTO
Avro-2017 Azərbaycanda keçiriləcək
Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının tarixi dəqiqləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası