Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt" 3 futbolçusunu göndərdi
“Sumqayıt” üç futbolçusu ilə yollarını ayırıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Gənclik şəhəri" təmsilçisi Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovla vidalaşıb. "Sumqayıt" 29 yaşlı müdafiəçi, 27 yaşlı hücumçu və 28 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilələri yeniləməyib.
Klub hər üç futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Miloviç 2024-cü ilin sentyabrından, Yansane bu ilin yanvar ayından, Muradov isə 2023-cü ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl baş məşqçisi Vaqif Cavadovla və futbolçu Vüqar Mustafayevlə yolları ayırıb. V.Mustafayev karyerasını başa vurub.

Oxşar xəbərlər
"Qəbələ” 5 futbolçusunu göndərdi - Ayrılıq
"Sumqayıt" Fernando Medeirosu göndərdi
Samir Abasov "Sumqayıt"dan getdi - RƏSMİ
"Sumqayıt" legionerini göndərdi - Ayrılıq
"Zirə" hücumçusu ilə yolları ayırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası