reklam
Paralimpiya Komitəsi və Karate Federasiyası arasında memorandum imzalandı
Sportfm.az xəbər saytı

Paralimpiya Komitəsi və Karate Federasiyası arasında memorandum imzalandı


Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Karate Federasiyası (AKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sportfm.az xəbər verir ki, bu barədə MPK-nın mətbuat xidmətindən məlumat verilib.

Milli Paralimpiya Komitəsində keçirilən tədbirdə memorandumu Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov və Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov imzalayıblar.

Memorandum parakarate idman növündə əlilliyi olan şəxslərin idman fəaliyyətinin dəstəklənməsi, bacarıqlarının artırılması və onların müvafiq istiqamətdəki digər ehtiyaclarının müəyyən edilərək dəstəklənməsi üçün birgə addımların atılması və parakaratenin təbliği istiqamətində münasibətlərini əhatə edir.

Görüşdə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri Cavad Axundzadə və Azərbaycan Karate Federasiyasının Parakarate Komitəsinin sədri Rənad Əliyev də iştirak edib.

Oxşar xəbərlər

Dünya Kubokunda medal qazanmış idmançılarla görüş keçirildi
Azərbaycan bir neçə ölkənin paralimpiya komitələri ilə memorandum imzaladı - FOTO
Olimpiya və Paralimpiya komitələri arasında memorandum imzalandı
Paralimpiya Komitəsi beynəlxalq əlaqələrini genişləndirir
Azərbaycan Abu-Dabidə Beynəlxalq Paralimpiya Komitəsinin konfransında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər