reklam
Azərbaycan Macarıstana qarşı -
Sportfm.az xəbər saytı

Azərbaycan Macarıstana qarşı -Yoxlama görüşü


Bu gün Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçilik etdiyi komanda Macarıstanı qəbul edəcək. "Liv Bona Dea Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Azərbaycan millisi 3 gün əvvəl Latviya yığması ilə də yoldaşlıq oyunu keçirib. Bu matç 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Macarıstanla matç Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyi son görüşdür. Yığmamız sentyabr ayında seçmə mərhələnin D qrupunda Fransa, Ukrayna və İslandiyaya qarşı mübarizəyə başlayacaq.

10 iyun

Yoxlama oyunu

20:00. Azərbaycan - Macarıstan

Baş hakim: Viktor Şimusik (Belarus)

"Liv Bona Dea Arena"

Oxşar xəbərlər

Millimiz Latviya ilə bərabərə qaldı - Yoldaşlıq görüşü
Azərbaycan millisi Latviyaya qarşı - Yoxlama görüşü
Azərbaycan millisi Monteneqroya qarşı
Azərbaycan millisi Bolqarıstana qarşı - Yoldaşlıq oyunu
Azərbaycan yığması İordaniyaya qarşı - Yoldaşlıq oyunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər