Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Roberto Bordin: "Qarabağ"la oyun bizim üçün finala bərabərdir"
Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ıın rəqibi olan "Sheriff" Moldova çempionatının 4-cü turunda "Petrocub"a 2:1 hesabıyla qalib gəlib.
Sportfm.az xəbər verir ki, oyunda sonra Tiraspol klubunun baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ"la oyuna görə optimal heyəti oyuna buraxmamışdınız?
- Qeyd etmək istəyirəm ki, Bakıda oynayan bəzi futbolçular da meydanda idi. Qalanlarına istirahət imkanı verdik. Qarşıda bizi vacib oyun gözləyir. Meydana çıxıb nəticə verən futbolçularımı təbrik etmək istəyirəm.
- "Qarabağ"la oyun sizin üçün finala bərabərdir?
- Şübhəsiz. Komanda, azarkeşlərimiz üçün olduqca önəmli qarşılaşmadır. Qalib gələn yoluna davam edəcək, uduzan turnirdə mübarizəni dayandıracaq. Rəqibimiz çox güclüdür. "Qarabağ" topa yaxşı nəzarət etməyi bacarır, sürətlə hücuma keçir. Diqqətli olmaq, Bakıdakından pis oynamamaq lazımdır. Nəticə qazanmalıyıq. Cavab oyununda doğma meydan amili bizim üstünlüyümüz olacaq.
- "Petrocub"la oyunda yaxşı nəticə qazanılmasaydı, bəzi futbolçulara istirahət verdiyinzə görə peşman olacaqdınız?
- Mən hər oyun haqqında ayrılıqda düşünməyə üstünlük verirəm. "Petrocub"la görüş də mühüm idi. Bizə 3 xal lazım idi. Bakıda meydana çıxmayan bir sıra futbolçulara şans verdik. Konkret atçda oynayan heyətə diqqət yetiririk.
Oxşar xəbərlər
“Qarabağ”ın baş məşqçisi: “Həmişə deyirəm, real olmaq lazımdır”
"Bir az narahatlığım var idi" - Qurban Qurbanov
"Ondan əl çəkməyəcəyik" - Qurban Qurbanov
"Bakıda bizim üçün çətin olacaq” - Xabi Alonso
"Qarabağ" Moldovaya yollanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası