reklam
Tovuz klubunun hazırlıq planı məlum oldu
Sportfm.az xəbər saytı

Tovuz klubunun hazırlıq planı məlum oldu


"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub.

Sportfm.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi iyulun 1-də "Hünər" təlim-məşq bazasında çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq kollektiv iyulun 19-dək məşqlərini burada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq komanda Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək

Oxşar xəbərlər

“Zirə”nin hazırlıq planı bəlli oldu
“Qarabağ”ın hazırlıq planı məlum oldu
"Turan Tovuz" Antalyaya yollan;r
“Sumqayıt”ın yay hazırlıq planı bilindi
“Turan Tovuz” Ankaraya gedir - Hazırlıq planı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər