reklam
Lando Norris Avstriya Qran Prisinin qalibidir -
Sportfm.az xəbər saytı

Lando Norris Avstriya Qran Prisinin qalibidir -Formula 1


Formula 1 üzrə mövsümün 11-ci mərhələsi sayılan Avstriya Qran Prisinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, Şpilberq halqasında təşkil olunan yarışın qalibi "Maklaren"in Lando Norris olub.

Britaniyalı sürücünün komanda yoldaşı Oskar Piastri ikinci olub. İlk "üçlüy"ü "Ferrari"dən Şarl Lekler qapayıb.

Yeddiqat dünya çempionu, "Ferrari"nin digər pilotu Lüis Hemilton yarışı dördüncü pillədə başa vurub. Hazırkı və dördqat dünya çempionu, "Red Bull" komandasının sürücüsü Maks Ferstappen turnirin ilk dövrəsində "Mersedes"in pilotu Andrea Kimi Antonelli ilə qəzaya uğradığı üçün finişə çata bilməyib.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 19-21 sentyabrda keçiriləcək.

Oxşar xəbərlər

Britaniya Qran-prisinin qalibi Hemilton oldu
İspaniya Qran-prisinin qalibi Ferstappen oldu - "Formula 1"
Ferstappen Kanada Qran-Prisinin qalibi oldu - Formula 1
Avstraliya Qran-prisinin qalibi bəlli oldu - Formula 1
Mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib - Formula-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər