Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" ərəblərə qalib gələ bimədi - VİDEO
Avstriyada təlim-məşq toplanışında olan "Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, "ağ-qaralar” BƏƏ-nin "Əl-Əyn” klubuyla qarşılaşıb. Qarşılaşmada hesabı ərəblər açıblar. 59-cu dəqiqədə rəqib futbolçu cərimə zərbəsindən vurduğu qolla "Neftçi"ni məyus edib. "Ağ-qaralar" yalnız 87-ci dəqiqədə Mirabdulla Abbasovun vurduğu qolla məğlubiyyətdən xilas ola bilib. Beləcə, qarşılaşma 1:1 hesabıyla başa çatıb.
Bu, "Neftçi”nin Avstriyadakı ikinci yoxlama oyunu idi. Elxan Abdullayevin yetirmələri bundan öncə keçirdiyi oyunda Almaniyanın "Şalke” klubuna 0:1 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
"Neftçi" (Azərbaycan) - "Əl-Əyn" (BƏƏ) - 1:1
Neftçi: Səlahət Ağayev, Mateo Mujek (Elnur Cəfərov, 57), Ruslan Abışov, Kirilo Petrov, Pavel Dreksa (Ömər Buludov, 78), Məhəmməd Mirzəbəyov (Məqsəd İsayev, 46/ Anton Krivotsyuk, 89), Derlis Meza Kolli (İqnasio Errera, 57), Tərzin Cahangirov, Namiq Ələsgərov (Mirabdulla Abbasov, 78), Rəhman Hacıyev (Fəhmin Muradbəyli, 66), Uqo Barqas (Daniel Seqovia, 46).
Oxşar xəbərlər
"Neftçi" üç qolla qalib gəldi
"Qarabağ" "Neftçi"yə qalib gəldi
"Neftçi" Roman Qriqorçuku əliboş yola saldı
"Neftçi" "Sumqayıt"a qalib gəldi
"Neftçi" ilk yoxlama oyununu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası