reklam
Boks Federasiyasında məşqçilərlə görüş keçirildi
Sportfm.az xəbər saytı

Boks Federasiyasında məşqçilərlə görüş keçirildi


Azərbaycan Boks Federasiyasında (ABF) müxtəlif yaş qrupları üzrə yığmalarda yetirmələri olan məşqçilərlə görüş keçirilib.

Sportfm.az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda qurumun İdarə Heyətinin üzvü Rövşən Hüseynov, baş katib Nağı Səfərov, kişilərdən ibarət milli komandanın baş məşqçisi Ravşan Xocayev, böyük məşqçisi Nəriman Abdullayev və gənclərdən ibarət komandanın baş məşqçisi Elbrus Rzayev iştirak ediblər.

İlin ilk 6 ayının yekunları, müxtəlif turnirlərdəki nəticələr və medallarla bağlı müzakirələr aparılıb, hesabatlar dinlənilib. Həmçinin qarşıdakı yarışlar barədə danışılıb, perspektivlər haqda fikir mübadiləsi aparılıb.

Yekunda çalışdırıcılara lazımi tövsiyələr verilib.

Oxşar xəbərlər

AFFA-da görüş keçirildi
AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirildi
Cavid Qurbanov məşqçilərlə görüşdü
Milli komandaların məşqçiləri ilə görüş keçirildi
AFFA-da yeni layihə ilə bağlı görüş keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər