reklam
MDB Oyunlarında 8 ölkədən 2000 minə yaxın idmançı iştirak edəcək
Sportfm.az xəbər saytı

MDB Oyunlarında 8 ölkədən 2000 minə yaxın idmançı iştirak edəcək


Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib.
Sportfm.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bu günə olan məlumata əsasən, yarışa MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1846 idmançı və 2666 nümayəndə qatılacaq. Son olaraq Türkmənmistan idmançılarının ölkəmizə gələcəyi təsdiqlənib.

Azərbaycanın 349, Rusiyanın 263, Qazaxıstanın 259, Özbəkistanın 257, Belarusun 255, Tacikistanın 202, Türkmənistanın 170, Qırğızıstanın 85 idmançısının turnirdə mübarizə aparacağı dəqiqləşib.

Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçiriləcək.

İlkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, yarışda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə Oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycan Almaniyada 71 idmançı ilə təmsil olunacaq
MDB oyunlarında 246 medal uğrunda mübarizə gedəcək
7 ölkənin idmançıları Azərbaycana gəlir - III MDB Oyunları
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək
XV Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər