reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"dan səs-küylü transfer -Semi Mmae Ağdam klubunda


“Qarabağ” yeni transferini açıqlayıb.

Sportfm.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Semi Mmae ilə müqavilə imzalanıb.

Futbolçu “Qarabağ”da icarə əsasında forma geyinəcək. Onunla müqavilənin müddəti 1 illikdir. 28 yaşlı mərkəz müdafiəçi “3” nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/2025 mövsümünün pley-off mərhələsində “Dinamo”nun heyətində Ağdam klubuna qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.

“Qarabağ” bunadək daha üç futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyo, Fil Dişi Sahilindən olan Kris Kuakunu transfer edib.

Oxşar xəbərlər

"Qarabağ"dan ikinci transfer
"Qarabağ"dan ilk transfer - RƏSMİ
Musa Qurbanlı “Qarabağ”da - RƏSMİ
"Qarabağ" yeni futbolçusu ictimaiyyətə təqdim etdi - FOTO
Daniel Subotiç yenidən "Qəbələ"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər