Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İranlı qapıçı Azərbaycan Premyer Liqasında
Azərbaycan Premyer Liqasında 2017/2018 futbol mövsümündə mübarizə aparacaq "Səbail” komandası heyətinə əcnəbi futbolçu cəlb edib.
Sportfm.az xəbər verir ki, iranlı qapıçı Əmirhüseyn Nəcəfidir. Onunla yaxın günlərdə müqavilə bağlanılacağı gözlənilir.
1.88 sm boya malik 21 yaşlı qapıçı İranın "İstiqlal” klubunun yetirməsidir. O, son olaraq vətənində "Sardar Bukan”ın formasını geyinib.
Qeyd edək ki, Əmirhüseyn Nəcəfinin "Səbail”ə keçidi rəsmiləşəcəyi halda, o, klubun tarixinə üçüncü əcnəbi futbolçu kimi düşəcək. Paytaxt təmsilçisi daha əvvəl türkmənistanlı Elman Taqayev və qvineya-bisaulu Maudo Jarjueni transfer edib.
Oxşar xəbərlər
"Turan Tovuz"da iranlı futbolçu - TRANSFER
İranlı qapıçı fanat xanıma görə futboldan uzaqlaşdırıldı
"Qəbələ"dən daha bir transfer - 1 illik müqavilə
"Gil Visente"nin futbolçusu Azərbaycan çempionatında
Tovuz klubunun daha bir futbolçusu Premyer Liqada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası