reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" mübarizəyə başlayır -Çempionlar Liqası


Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində "Şelburn"la ilk oyuna çıxacaq. İrlandiyanın paytaxtı Dublindəki "Tolka Park"da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq (Xorvatiya)

VAR: Mario Zebec

AVAR: Tixomir Pejin

“Tolka Park”, Dublin, İrlandiya.

Oxşar xəbərlər

"Qarabağ" son məşqinə çıxdı - FOTO
“Qarabağ” azarkeşləri üçün 306 yer ayırıldı
"Qarabağ" "Azərsun Arena"da məşqə çıxdı - FOTO
“Qarabağ”ın “Şelburn”la oyunlarının vaxtı bilindi - Çempionlar Liqası
Bu gün "Qarabağ"ın rəqibi məlum olacaq - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər