reklam
Məşhur boksçu karyerasını bitirdi
Sportfm.az xəbər saytı

Məşhur boksçu karyerasını bitirdi


Ukraynalı boksçu Vladimir Kliçko peşəkar karyerasını başa vurub. 

Sportfm.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Belə ki, 2017-ci il noyabrın 11-də britaniyalı Entoni Coşua ilə revanş qarşılaşması keçirməyi planlaşdıran 41 yaşlı idmançı gözlənilmədən fikrini dəyişib və peşəkar boksçu karyerasını sonlandırıb.

O, E.Coşuaya bu il aprelin 29-da "Uembli"də baş tutan döyüşdə uduzub.

Qeyd edək ki, Vladimir Kliçko peşəkar rinqdə 69 görüş keçirib. O, 64 döyüşdə (53 nokaut) qalib gəldiyi halda, 5 dəfə uduzub. Ukraynalı idmançı 1996-cı il Yay Olimpiya Oyunlarının qalibidir. 41 yaşlı boksçu superağır çəkidə Beynəlxalq Boks Təşkilatının (WBO, 2000-2003, 2008-2015), Beynəlxalq Boks Federasiyasının (IBF, 2006-2015) və Dünya Boks Assosiasiyasının (WBA, 2011-2015) versiyaları üzrə dünya çempionudur. 

Oxşar xəbərlər

Usik ilin ən yaxşısı seçildi
Superağır çəkili boks çempionlarının döyüş tarixi məlum oldu
Azad Rəhmov:"Boks ulduzlarını Bakıya dəvət etmişik"
Vitali Kliçko nokauta düşdü
Boks döyüşünü 90 min idmansevər izləyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər