reklam
Emreli
Sportfm.az xəbər saytı

Emreli "Kayzerslautern"də ilk qolunu vurdu, komandası qalib gəldi


Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağı olub.

Oyun "Kayzerslautern"in 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.

Qeyd edək ki, "Kayzerslautern" 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.

"Ayntraxt 1949" - "Kayzerslautern" - 0:7

Qollar: Kunze, 11; Emreli, 15; Ji-Soo, 24; Hanslik, 35; Ritter, 49; Raşi, 72; Taçi, 90+1

Oxşar xəbərlər

Emreli oynadı, komandası uddu - 2 Bundesliqa
Emrelinin komandası iki oyunda uduzdu
“Kayzerslautern” ağlımda qalmışdı" - Mahir Emreli
Emreli dubl etdi - 2-ci Bundesliqa
Mahir Emreli geri döndü - Start heyətinə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər