reklam
“Qarabağ” Çempionlar Liqasında liderdir
Sportfm.az xəbər saytı

“Qarabağ” Çempionlar Liqasında liderdir


“Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində üç göstəricidə liderdir.
Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu turnirdə ən çox qol vuran komandadır. Komanda keçirdiyi beş oyunda 13 qola imza atıb. İsveçin “Malmö” və Serbiyanın “Srvena Zvezda” komandaları 11 qolla 2-3-cü yerləri bölüşdürür.

Bundan əlavə, Azərbaycan çempionu topa ən çox sahib olan komandadır. Ağdamlılarda orta göstərici 62 faizə bərabərdir. “Srvena Zvezda” (54 faiz) ikinci, Şotlandiyanın “Reyncers” (52 faiz) klubu üçüncüdür.

“Qarabağ” rəqibdən top almaqda da ilk sıradadır. Futbolçular 5 qarşılaşmada 42 dəfə buna nail olublar. Kipr “Pafos”u (41) ikinci, Macarıstanın “Ferentsvaroş” (39) komandası üçüncü olub.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Çempionlar Liqasında Pley-off mərhələsinin cütləri məlum olub
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi başlayır
"Qalatasaray" üçün İsveçrə çempionu - Püşkatma
Bu gün “Qarabağ”ın potensial rəqibi bilinəcək - Çempionlar Liqası
“Qarabağ” liderdir - Topa sahibolma və dəqiq ötürmə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər