reklam
Məsiyevdən 8 sarı vərəqə -
Sportfm.az xəbər saytı

Məsiyevdən 8 sarı vərəqə -Konfrans Liqası


Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının pley-off matçını idarə edib.
Sportfm.az xəbər verir ki, o, “Çelye” (Sloveniya) – “Banik” (Çexiya) oyununun baş hakimi olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Məsiyev qonaq komandadan dörd, meydan sahiblərindən isə üç futbolçuya sarı vərəqə göstərib. O, "Çelye"nin baş məşqçisi Albert Rieraya da sarı vərəqə göstərib.

Qeyd edək ki, Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Fərid Hacıyev dördüncü hakim, Rəşad Əhmədov isə VAR-assistent funksiyasını yerinə yetirib.

Oxşar xəbərlər

Məsiyevə UEFA-dan təyinat - Pley-off oyununu idarə edəcək
Məsiyevin idarə etdiyi oyunda İngiltərə qələbə qazandı - Avropa çempionatı
Məsiyev 3 oyunçunu sarı vərəqə ilə cəzalandırdı
Elçin Məsiyevə növbəti təyinat
Əliyar Ağayev 6 sarı vərəqə göstərdi - Konfrans Liqası matçı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər