reklam
Olimpiya çempionları Qarabağ Universitetini ziyarət etdi -
Sportfm.az xəbər saytı

Olimpiya çempionları Qarabağ Universitetini ziyarət etdi -FOTO


Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyevin Qarabağa səfəri başlayıb.

Sportfm.az xəbər verir ki, səfər zamanı ilk olaraq Xankəndidə yerləşən Qarabağ Universiteti ziyarət olunub.

Çempionlara bu ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Daha sonra idmançılar Xankəndi stadionuna baş çəkərək, görülən tikinti işlərinə şahidlik ediblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan proqram çərçivəsində Olimpiya çempionlarımızın Şuşa, Laçın və Füzuliyə də səfərləri və yerli sakinlərlə görüşləri planlaşdırılıb.

Oxşar xəbərlər

Azərbaycan cüdo dünyasının mərkəzində - DÇ-2026 Bakıda keçiriləcək
Qubada cüdo üzrə master-klas keçirildi
Olimpiya çempionları "Gənc idman liderləri" layihəsinin qonağı oldu
Olimpiya çempionlarımız Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
Cüdo üzrə ölkə çempionatının ilk günündə 9 çəki dərəcəsinin qalibi müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər