reklam
“Turan” və  “Şamaxı” 3 xal istəyində -
Sportfm.az xəbər saytı

“Turan” və “Şamaxı” 3 xal istəyində -Premyer Liqa


Misli Premyer Liqasında 2-ci tur davam edir.

Sportfm.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə “Şamaxı” öz meydanında “Sabah”ı qəbul edəcək. “Qarabağ”la ilk turun matçı təxirə salındığından bu, paytaxt təmsilçisinin yeni mövsümdə ilk oyunu olacaq. “Şamaxı” isə birinci turda “Neftçi” səfərindən 1 xalla (1:1) qayıdıb. Qarşılaşmaya 17:00-da start veriləcək.

Günün ikinci görüşündə isə “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gələcək. Tovuz klubu ilk turda səfərdə “İmişli”yə qalib gəlib (1:0). Naxçıvan təmsilçisi isə “Zirə” ilə xalları yarı bölüb (1:1). Bu görüşün start fiti 19:30-da səslənəcək.

24 avqust (bazar)

17:00. “Şamaxı” - “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Şamaxı şəhər stadionu

19:30. “Turan Tovuz ” - “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
“Azersun Arena”

25 avqust (bazar ertəsi)

19:00. “Qəbələ” - “Zirə”

22 avqust (cümə)

“Qarabağ” - “Sumqayıt” - 0:1

“İmişli” - “Neftçi” - 0:0

23 avqust (şənbə)

“Kəpəz” - “Karvan” - 2:3

Oxşar xəbərlər

“İmişli” “Turan Tovuz”a, “Neftçi” “Şamaxı”ya qarşı - Premyer Liqa
Premyer Liqamızda 12 oyunun vaxtı açıqlandı
“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası
"Turan Tovuz" "Səbail"ə, "Zirə" "Sabah"a qarşı - Misli Premyer Liqası
Premyer Liqamızda 4-cü tur başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər