reklam
Sadıqov üçün 200-cü qarşılaşma
Sportfm.az xəbər saytı

Sadıqov üçün 200-cü qarşılaşma


“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 200-cü oyununu keçirib.

Sportfm.az PFL-in saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının 2-ci turuna təsadüf edib. Bakı klubu “Qəbələ” ilə səfər oyununda 2:1 hesablı qələbə qazanıb.

2020-ci ilin yayından “Zirə”ni çalışdıran Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu Premyer Liqada 166, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib. 43 yaşlı mütəxəssisin komandası bu qarşılaşmalarda 91 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb. Onun komandası 251 qol vurub, 188-ni buraxıb.

Qeyd edək ki, Sadıqovun “Zirə”nin baş məşqçisi vəzifəsində debütü 2020-ci il avqustun 23-də gerçəkləşib. 200-cü matçda olduğu kimi 5 il əvvəl də paytaxt təmsilçisi Premyer Liqa görüşündə Qəbələdə eyniadlı komanda ilə üz-üzə gəlib. Həmin vaxt heç-heçə qeydə alınıb – 1:1.

Oxşar xəbərlər

Ruan Renato çempionatımızda 100-ə çatdı
Qurbanovun Premyer Liqada 500-cü oyunu
Rəşad üçün 100-üncü qarşılaşma
Sadıqovun yubiley oyunu
Emin Mahmudov üçün yubiley matç

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər