reklam
Cənubi Amerikadan DÇ-2026-ya vəsiqə qazananlar
Sportfm.az xəbər saytı

Cənubi Amerikadan DÇ-2026-ya vəsiqə qazananlar


DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sportfm.az xəbər verir ki, Argentina millisi Venesualanı qəbul edib. Lionel Messinin dubl etdiyi görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Argentina millisi mundiala lider kimi yollanacaq. Kolumbiya, Paraqvay və Ekvador isə ötən gecə keçirilən oyunlardan sonra DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb. 7-ci yerdə qərarlaşan Venesuela isə qitələrarası pley-offda mübarizə aparacaq. Boliviya 1 xal geri qalaraq şansını saxlayır. Peru və Çilinin isə şansı qalmayıb.

Daha əvvəl Cənubi Amerikadan Argentina, Braziliya və Uruqvay mundila vəsiqə qazanmışdı.

Argentina - Venesuela - 3:0

Qollar: Messi, 39, 80, Martinez, 76

Braziliya – Çili - 3:0
Qollar: Estevao, 38, Lukas Paketa, 72, Bruno Qimaraeş, 73

Uruqvay – Peru - 3:0
Qollar: Aqirre,14, Arraskaeta, 58, Vinyas, 80

Kolumbiya – Boliviya - 3:0
Qollar: Xames Rodriqes, 31, Kordoba, 74, Kintero, 83

Paraqvay – Ekvador - 0:0

Oxşar xəbərlər

Argentina 6, Braziliya 4 - Seçmə mərhələ
Braziliya qalib gəldi, Argentinadan bərabərlik - DÇ - 2026
Messinin het-triki sayəsində Argentina Rusiyaya bilet sifariş etdi
DÇ-2018: Braziliya və Argentina xal itirdi, Kolumbiya evdə uduzdu
Braziliyadan səfər, Argentinadan ev qələbəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər