Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Boksçularımızdan 5 medal
Sovet İttifaqı Qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub. Belarusun paytaxtı Minskdə keçirilən yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.
Sportfm.az xəbər verir ki, turnirdə mübarizə aparan Azərbaycan yığması Vətənə beş medalla dönüb. Millimizin heyətində Pərviz Bağırov (69 kq) finaladək irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Umud Rustəmov (56 kq) yarışı üçüncü pillədə başa vurub.
Digər üç medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.
Oxşar xəbərlər
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu
Boksçularımız Bakıda keçirilən beynəlxalq turnirdə medal qazandı
Boksçularımız üçün növbəti lisenziya şansı
Minskdən 10 medalla qayıdırıq
Minsk cüdoçularımız düşərli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi














Misli Premyer Liqası