Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hazırlğın son mərhələsi başladı
Kişi boksçulardan ibarət Azərbaycan yığması dünya çempionatına hazırlığı davam etdirir. Komandamız təlim-məşq toplanışının ikinci hissəsini bu gün başa vurub.
Sportfm.az xəbər verir ki, avqustun 9-da hazırlığın son mərhələsinə start veriləcək.
Yığmamız məşqlərini əvvəlki 2 mərhələdə olduğu kimi, Boks Mərkəzində keçəcək. Texniki-taktiki hazırlıqda mundiala qatılacaq Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) iştirak edəcəklər.
Dünya çempionatına lisenziya qazanan Abdulqadir Abdullayev (91 kq) isə toplanışdan kənar qalıb. Buna səbəb onun hazırlıqda zədələnməsidir. Azərbaycan boksçusunun müalicəsinə başlanılıb. Lakin onun zədə səbəbindən dünya çempionatına yollanması sual altına düşüb.
Üçüncü mərhələ başa çatdıqdan sonra yığmamız dünya çempionatının keçiriləcəyi Hamburq şəhərinə yollanacaq.
Qeyd edək ki, avqustun 25-də start götürəcək mundial sentyabrın 3-də başa çatacaq.
Oxşar xəbərlər
Minifutbol yığmamız dünya çempionatına qələbə ilə başladı
Boks Federasiyasında dünya çempionatına yollanacaq yığma ilə görüş keçirilib
9 nəfər hazırlaşır, 5-i iştirak edəcək
Daha iki boksçumuz dünya çempionatında iştirak hüququ qazandı
Avropa çempionatına 10 idmançı ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası