Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları açıqlandı
III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək III MDB Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq.
Asiman Qurbanlı III MDB Oyunlarında çıxış edəcək ən titullu idmançılardan biridir. O, üçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının qalibi, 2011-ci il dünya çempionatının gümüş mükafatçısıdır.
Zemfira Həsənzadə olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc mükafatçısı, gənclər arasında Avropa çempionudur.
Xatırladaq ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhərində keçiriləcək. Yarışlar isə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.

Oxşar xəbərlər
MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artdı
Bayraqdarlarımız bəlli oldu - FOTO
Üçüncü Avropa Oyunlarının açılış mərasimində millimizin keçidi - FOTO
Azərbaycanın bayraqdarları bəlli oldu - İslamiada
XV Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
Millimiz evdə Lixtenşteynə qalib gələ billmədi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün

Misli Premyer Liqası