Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahmatçılarımız təltif olundular -FOTO
Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatının bağlanış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə komandalarla yanaşı lövhələr üzrə fərqlənən şahmatçılar da təltif olunub.
Azərbaycan şahmatçılarından Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medala layiq görülüb.
Şahmatçı 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.
Qadın şahmatçılardan isə Gülnar Məmmədova dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan G.Məmmədovaya bağlanış mərasimində bürünc medal təqdim olunub.
Tədbirdə Avropa çempionatında ikinci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib.
Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.

Oxşar xəbərlər
3 şahmatçımızdan böyük uğur
Azərbaycanın 3 şahmatçısı 2-ci oldu - Avropa çempionatı
Avropa çempionatında növbəti qələbə
Şahmatçılarımız Avropa çempionatında birinci oldu
Rəcəbova üçüncü oldu - İddiaçılar Turniri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası