reklam
Qadın güləşçimiz DÇ-də medal qazandı -
Sportfm.az xəbər saytı

Qadın güləşçimiz DÇ-də medal qazandı -Uğur


Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kiloqram) millini medalsız qoymayıb. Perpsektivli güləşçimiz italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub.

İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kiloqram) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kiloqram) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.

Oxşar xəbərlər

Üç bürünc medal şansı - Dünya çempionatı
Serbiyada 3 bürünc medala doğru
Güləşçimiz dünya çempionu oldu - Uğur
Güləşçimiz Avropa üçüncüsü oldu
Qadın güləşçimiz Antalyada qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər