reklam
Kubokun matçına giriş pulsuz olacaq
Sportfm.az xəbər saytı

Kubokun matçına giriş pulsuz olacaq


Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – MOİK matçına giriş pulsuz olacaq.

Sportfm.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız “Neftçi”nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün “Forza” və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

“Palms Sports Arena”dakı “Neftçi” – MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək

Oxşar xəbərlər

“Neftçi” – “Karvan-Yevlax” matçının biletləri satışda
“Neftçi” – “Turan Tovuz” matçının biletləri satışda
“Neftçi” – “Qarabağ” matçının biletləri satışda
“Sabah” - “Makkabi” matçına 4500 bilet satıldı
“Neftçi” – “Jelezniçar” matçına biletlər bitdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər