Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA-ya tualet kağızı da yetməyəcək...
AFFA-nın İslandiya ilə son ev matçında etdikləri bir-bir üzə çıxır. Artıq saytlarda, sosial şəbəkə hesablarında federasiyanın yarıtmaz işi ilə bağlı jurnalistlər, sadə azarkeşlər durmadan paylaşımlar edirlər. Oyundan cəmi iki saat öncə millinin meydanda 90 dəqiqə mübarizə aparan futbolçusunun küçələrdə öz maşını ilə şütüməsi, AFFA-nın öz fotoqrafına və jurnalistlərə qarşı etdiyi ədəbsizlik, mənim və digər jurnalistlərin oyuna daxil olub baxa bilməməsi, futbolsevərlərin əllərində bilet matça 20 dəqiqə gec girmələri və daha nələr-nələr....Görünən odur ki, yenə hansısa adamlar öz yerində deyil, yenə hansısa işbilməz iş başındadı. Əvvəl niyə belə problemlər olmurdu? Bütün bunlar indi niyə baş verir? AFFA rəsmisinin dövlətin hesabına oyunları izləməyə gedən media nümayəndəsinə "sizlərə yemək verirdik" deyərək, dövlətin etdiklərini öz adına çıxmasına nə ad qoyasan? Gedib əziyyət çəkib öz cibindən pul xərcləyib aylardır AFFA-dan ezamiyyə xərclərini ala bilməməyə hansı donu geyindirəsən? Saymaqla bitmir, o qədər qüsur və xəta var ki, bunların üstünə indi düşməsələr, kökünü kəsməsələr sonra bütün bu qüsur və xətaları təmizləməyə AFFA-ya tualet kağızı da yetməyəcək.
Oxşar xəbərlər
AFFA-nın "Danabaş kəndinin əhvalatı" - Millinin matçını niyə izləyə bilmədim?
AFFA hava şəraiti ilə əlaqədar oyunları təxirə saldı
AFFA-da növbədənkənar konfrans keçirəcək - Gündəlikdə nələr var?
Yenə kimi bədbəxt elədiz? - Azərbaycan futbolunun metamorfozası
AFFA ilə ukraynalıların jurnalistlərə qoyduğu fərq - Qeyd
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası