reklam
Elçin Məmmədov UEFA-nın iclasında
Sportfm.az xəbər saytı

Elçin Məmmədov UEFA-nın iclasında


AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.

Sportfm.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə olunub:

UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər;
Klub sahibliyi ilə bağlı məsələlər;
UEFA Həmrəylik Mexanizminin 2025/2026 mövsümü üçün tətbiqi;
UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması;
UEFA-nın tibbi və antidopinq tələbləri.
İclas zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Federasiya rəsmisi İsveçrəyə yollandı
AFFA rəsmisi UEFA-nın iclasında iştirak etdi
AFFA-nın əməkdaşları UEFA konfransında iştirak etdi
AFFA-nın əməkdaşı UEFA-dan sertifikat alıb
AFFA-nın əməkdaşları UEFA-nın seminarında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər