reklam
Bu gün Türkiyənin pley-off-dakı rəqibi bilinəcək
Sportfm.az xəbər saytı

Bu gün Türkiyənin pley-off-dakı rəqibi bilinəcək


Bu gün gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.

Sportfm.az xəbər verir ki, tədbirə saat 16:00-da start veriləcək.

Püşkatmada Türkiyə milli komandası birinci səbətdə yer alacaq.

4 vəsiqə uğrunda 16 yığma komanda arasında oyunlar keçiriləcək.

Seçmə mərhələdə qrup ikinciləri olmuş 12 komanda və UEFA Millətlər Liqasının dörd qrup qalibi dörd qrupa bölünərək iki tək oyunlu raund oynayacaq: yarımfinal və final.

Hər qrupun qalibi DÇ-2026-da iştirak imkanı əldə edəcək.

DÇ-2026, pley-off mərhələsi

Birinci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;
İkinci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;
Üçüncü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;
Dördüncü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Birinci səbətdəki komandalar dördüncü, ikinci səbətdəki komandalar isə üçüncü səbətdəkilərə rəqib olacaqlar.

Oxşar xəbərlər

Yığmamız IV səbətdə yer alacaq - DÇ-2026
"Qarabağ"ın hansı səbətdə yer alacaq? - məlum oldu
Bu gün millimizin rəqibləri bilinəcək - Avropa çempionatı
Final mərhələsinin püşkü atılacaq - AVRO-2024
UEFA Dünya çempionatının formatını təsdiqlədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər