reklam
İslamiadada günü 3 medalla başa vurdular
Sportfm.az xəbər saytı

İslamiadada günü 3 medalla başa vurdular


Azərbaycan güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında günü 3 medalla başa vurublar.

Sportfm.az xəbər verir ki, Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Son olaraq bürünc medal uğrunda keçirilən görüşdə qadınlar arasında Nigar Mirzəzadə (68 kq) rəqiblərini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda qarşılaşmada uğursuz çıxış edib.

Beləliklə güləşçilərimiz günü 2 gümüş, 1 bürünc medalla bitiriblər.

Oxşar xəbərlər

İdmançımız İslamiadada bürünc medal qazandı
İslamiadada gümüş medal qazandı - Uğur
Boksçularımız İslamiadanı 6 medalla başa vurdu
Güləşçilərimiz dünya çempionatını 4 medalla başa vurdu
Sərbəst güləşçilərimiz 3 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər