reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray" Fequlini rəsmən rənglərinə bağladı


Türkiyənin "Qalatasaray" klubu növbəti transferini rəsmiləşdirib.
Sportfm.az xəbər verir ki, "sarı-qırmızılar" İngiltərənin "Vest Hem" klubundan əlcəzairli futbolçu Sofiane Fequlini heyətinə qatıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"Qalatasaray" bu transferə görə "Vest Hem"ə 4 milyon 250 min avro təzminat ödəyib. Futbolçu özü isə İstanbul klubunda 5 il içində bütövlükdə 19 milyon 250 min avro gəlir əldə edəcək. O, hər mövsüm üçün 3 milyon 850 min avro qazanacaq.

Fransada anadan olan və bu ölkənin də vətəndaşlığını daşıyan Fequli peşəkar karyerasına da məhz 2005-ci ildə "Qrenobl"da başlayıb. 2010-cu ildə isə o, Fransa klubudan "Valensiya"ya (İspaniya) transfer olunub. 2011-ci ildə "Almeriya"da da icarə əsasında çıxış edən 28 yaşlı yarımmüdafiəçi "Vest Hem"də 2016-cı ildən oynayırdı.

Vaxtilə Fransanın U-18 və U-21 yığmalarında oynamış Fequli 2012-ci ildən Əlcəzair millisinin uğurları üçün çalışır.

Oxşar xəbərlər

"Qalatasaray" futbolçusu "Bavariya"da - RƏSMİ
"Qalatasaray"ın futbolçusu La Liqa klubunun hədəfində
İngiltərəni tərk edib Türkiyəyə yollandılar
"Qalatasaray" yeni transferini rəsmən təqdim etdi
"Nant"ın hücumçusu rəsmən "Qalatasaray"da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər