reklam
Cabbarov növbəti dəfə federasiya prezidenti seçildi
Sportfm.az xəbər saytı

Cabbarov növbəti dəfə federasiya prezidenti seçildi


Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti seçilib.

Sportfm.az xəbər verir ki, bu barədə AGF-dən məlumat verilib.

Bu gün keçirilən qurumun ümumi yığıncağında federasiyanın prezidenti Mikayıl Cabbarov, vitse-prezidenti Namiq Əliyev, İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov, Milli Olimpiya Komitəsinin 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, eləcə də federasiyanın üzvləri iştirak ediblər.

Tədbir AGF-nin son 4 illik fəaliyyətinin və güləş sahəsində görüləcək işlərin müzakirəsi, həmçinin İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirilməsi məqsədilə təşkil olunub.

Yığıncaqda AGF prezidenti Mikayıl Cabbarov dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafı, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı görülən işləri qeyd edib.

Yığıncaqda yetərsay müəyyənləşdirildikdən sonra mandat komissiyasının üzvləri və Ümumi Yığıncağın üzvləri təsdiqlənib. Daha sonra AGF-nin baş katibi Pərvin Piriyevin hesabatı dinlənilib. O, son 4 il ərzində federasiyada görülən işlərdən, əldə edilən nəticələrdən danışıb.

Tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə həyata keçirilib. Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib. Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib. Həmçinin, İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.

Oxşar xəbərlər

Federasiya prezidenti güləşçilərlə görüşdü - FOTO
Üzgüçülük Federasiyasına yeni prezident seçildi
Fərid Mansurov yenidən güləşdə - Seçki
Güləş Federasiyasının I vitse-prezidenti işdən çıxarıldı
Olimpiya Komitəsinin rəhbərliyində yer alacaq şəxslər müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər