reklam
Azyaşlı stadionu yandırdı -
Sportfm.az xəbər saytı

Azyaşlı stadionu yandırdı -Finlandiyada


Finlandiyanın ən titullu klublarından biri olan “Haka”nın stadionunda baş verən yanğına azyaşlı yeniyetmənin səbəb olduğu müəyyən edilib.

Sportfm.az xəbər verir ki, polisin çərşənbə günü yaydığı məlumata görə, hadisə bazar günü axşam saatlarında Valkeakoski şəhərində yerləşən Tehtaan Kenttä stadionunda baş verib. Finlandiyanın Sisä-Suomi polisinin məlumatına əsasən, yanğın başladığı zaman orada 15 yaşdan kiçik üç yeniyetmə olub.

Detektiv-inspektor Maijastiina Tammistonun açıqlamasına görə, həmin yeniyetmələrdən biri obyekti qəsdən yandırdığını və bunun nəticəsində yanğının alovlandığını etiraf edib. Nəticədə stadionun bir tribunasının tamamilə yararsız hala düşdüyü, süni örtüyün bir hissəsinin isə zədələndiyi bildirilib.
Onların stadionu yandırmasına səbəb isə komandanın ikinci liqaya düşməsi olub.

Azyaşlı stadionu yandırdı -

Oxşar xəbərlər

Vinisiusun evində yanğın baş verdi
SON DƏQİQƏ - Daha bir azyaşlı futbolçu suda boğuldu - FOTO
Antalyada azərbaycanlı futbolçuların olduğu ticarət mərkəzində yanğın!
Bakıda idman zalı yandı - HADİSƏ
Belfastda millinin üzvlərinin qaldığı oteldə yanğın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər